10 aprel 2021 - 09:05
Türkiyədə hərbi təyyarə dənizə düşdü

Türkiyədə Hərbi Hava Qüvvələrinə məxsus “KT-1” təyyarəsi qəzaya uğrayaraq dənizə düşüb.

ABNA24 Xəbər Verir, Qafqazinfonun yaydığı məlumata görə Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyədə Hərbi Hava Qüvvələrinə məxsus “KT-1” təyyarəsi qəzaya uğrayaraq dənizə düşdüyünü xəbərini verib.

Təlim uçuşu zamanı baş verən qəzanın səbəbi hələ ki, məlum deyil. Hadisə nəticəsində həlak olan olmayıb.

Təyyarədəki iki pilot axtarış-xilasetmə əməliyyatı nəticəsində xilas edilib.

Xatırladaq ki, aprelin 7-si Türkiyədə Hərbi Hava Qüvvələrinə məxsus “NF-5” təyyarəsi qəzaya düşmüş, nəticədə pilot şəhid olmuşdu.

342/