2 aprel 2021 - 20:16
Bayden Zelenski ilə danışdı: Rusiya təcavüzü... - Sahar Azeri

ABŞ Prezidenti Co Baydenlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.

ABNA24 Xəbər Verir, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 “Prezident Bayden Rusiyanın Donbas və Krımdakı təcavüzü qarşısında Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstəyini təsdiqləyib. Tərəflər həmçinin, pandemiyaya qarşı mübarizə və regionda demokratiyanın möhkəmləndirilməsinin vacibliyini müzakirə ediblər”, - məlumatda bildirilib.

 “Röyter” agentliyi isə bildirib ki, Bayden telefon danışığı zamanı Zelenskiyə Ukraynaya səfər etmək istədiyini deyib.

342/