24 mart 2021 - 08:59
Erməni müxalifəti barrikadaları sökür

Ermənistanın Vətənin Xilası Hərəkatı paytaxtın Baqramyan prospektindəki barrikadaları sökməyə başlayıb.

ABNA24 Xəbər Verir, ki, yollara qurulmuş çadırlar hərəkatın qərargahının yerləşdiyi Dəmirçiyan küçəsinə köçürülüb. Bu küçədə parlamentin xidməti girişi yerləşir və müxalifət həmin hissəni bağlı saxlayacaq.

Erməni mətbuatının məlumatına görə, insanlar əşyalarını yığır, ərazidən texnikanı çıxarır. Bundan başqa hərəkat liderlərinin çıxışları üçün nəzərdə tutulmuş səhnənin də söküntüsünə başlanılıb.

342/