ABNA24 Xəbər Verir, Avropa Komissiyası sözçüsünün müavini Dana Spinant xəbərdarlıq edib ki, koronavirusun üçüncü dalğası tədricən və ya hətta sürətlə Avropa Birliyinə daxil olan müxtəlif ölkələrdə baş verməkdədir.
Spinant bildirib ki, müxtəlif ölkələrdə koronavirusun yayılma prosesi fərqlidir. O, bu birlikdə vaksinasiya prosesinin sürətləndirilməsini istəyib.
Qeyd etmək lazımdır ki, hətta əgər Avropa Birliyində vaksin istehsalı təsbit olunarsa belə, bu birlikdəki bütün təhlükəli qrupların vaksinasiyası azı bir neçə həftə sürəcək.
342/