Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, bu gün 01.03.2021 tarixdə İran İslam Respublikasının Müqəddəs Qum şəhərində “17 Rəbi-Əvvəl Beynəlxalq Qarabağ Konfransı” keçirilib.
Tehran vaxtı ilə 09:00-da Quran Kərimin nurani tilavəti ilə işinə başlayan Beynəlxaq Qarabağ Konfransında “17 Rəbi-Əvvəl Beynəlxalq Qarabağ Konfransı”ın və Qum Elmi Hövzəni müdiri Ayətullah Əlirza Ərafi, İran İslam Respublikasının xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı, İİR-ın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi, İran İslam Respublikasının Məsləhət Şurasının katibi Möhsün Rzayi, Ümümdünya Müsəlmanlarının Ali Lider, İmam Xamenei həzrətlərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Höccətül İslam Seyid Həsən Amili, Şərqi Azərbaycan vilayəti üzrə nümayəndəsi Höccətül İslam Seyid Məhəmməd Əli Al Haşem, İİR və Azərbaycan parlamenti dostluq qrupunun sədri Əli Nikzad, Belarus, Rusiya, Gürcüstan, Ukrayna nümayəndələrinin iştirak etməsi ilə yanaşı Azərbaycanın İran İslam Respublikasındakı səfiri Bünyad Hüseynov iştirak etmişdir.
İİR xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı Müqəddəs Qum şəhərində keçirilən 17 Rəbi-Əvvəl Beynəlxalq Qarabağ Konfransında çıxış edərək hər iki xalqı Mübarək Rəcəb Ayı münasibətilə təbrik edib. O, Qarabağ məsələsinə işarə edərək deyib: “Qarabağ bölgəsi Qafqaz tarixində gərginliklərlə dolu olan, ən uzun və mürəkkəb böhranlardan biridir. SSRİ-nin dağılmasından sonra isə müharibə nöqtəsinə çevrildi.”
İİR xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı beynəlxalq təşkilatların Qarabağ böhranındakı uğursuzluqlarına işarə edərək deyib: “ABŞ, Rusiya və Fransadan ibarət olan Minsk qrupu bu böhranı həll etməkdən ötrü yaradılmışdır. Lakin münaqişələrin həllində heç bir müsbət addım ata bilmədilər.”
Seyyid Abbas Əraqçı, İran İslam Respublikasının daim işğalçılığa qarşı olduğu mövqeyinə işarə edrək deyib: “Məhz bu siyasətə uyğun olaraq, İran islam Respublikası Qarabağın azad edilməsi uğrunda Azərbayca Respublikasına yardımlar etmişdir. İran İslam Respublikası Azərbaycan ərazilərinin işğalda olduğu müddətdə həmişə bu ərazilərin işğalına qarşı olub. Bunun bariz nümunəsi Xudafərin su bəndinin inşa edilməsi ilə əlaqədar Azərbaycanla İran İslam Respublikası arasında müqavilənin imzalanmasını göstərmək olar. Bu su bəndi inşa edildiyi vaxt işğal olunmuş ərazilərdə olsa da, müqavilənin Azərbaycanla İran arasında olması İranın Ermənistanın işğalçılığına qarşı olduğunun göstəricisidir. Bununla əlaqədar Ermənistan tərəfi ilə müzakirə aparıldı və onların su bəndi ərazisini tərk etmələri və heç bir müdaxilə etməmələri tələb olundu. Artıq bu su bəndi İran İslam Respublikası və Azərbaycan münasibətlərinin simvoluna çevrilib.”
İİR xarici işlər nazirinin müavini İİR və Azərbaycan əlaqələrinə işarə edərək deyib: “Azərbaycan İran üçün çox önəmli və əhəmiyyətli ölkədir. Hazırda İİR və Azərbaycan münasibətləri yüksək səviyyədədir. İki ölkə arasında bu münasibətlərin davam etdirilməsi üçün addımlar atılır...”
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!