ABNA24 Xəbər Verir, İran İslam Respublikasının Xarici İşlər Naziri Məhəmmədcavad Zərif bir Twitter mesajında yazıb: "Bu görüşdə, İran ilə İraq arasında siyasi, iqtisadi əməkdaşlıq və sərhəd mübadilələrinin müxtəlif aspektləri müzakirə edildi."
İran XİN-nin rəhbəri ABŞ-ın İraq və Suriyanın sərhəd bölgələrində İraq qüvvələrinə hücumdaki təhlükəli hərəkətini qınadı və qanunsuz hücumları ölkənin suverenliyinin pozulması adlandırdı.
İraq xarici işlər naziri də Bağdadın Tehranla əlaqələri genişləndirməyə hazır olduğunu açıqladı.
İraq xarici işlər naziri Fuad Hüseyn şənbə günü bir günlük səfər çərçivəsində Tehrana gəldi.
Bu, İraq Xarici İşlər Naziri Fuad Hüseynin son bir ayda İrana ikinci səfəridir
342/