1 mart 2021 - 05:24
Fransada polis maşınına “Molotov kokteyli” atdılar

Fransanın şimal-şərqində yerləşən Mulhouse şəhərində iki naməlum şəxs polis maşınını yandırıb.

ABNA24 Xəbər Verir, bu barədə “Dernières Nouvelles d'Alsace” nəşri məlumat yayıb.

Nəşr yazır ki, iki kişi polis maşınının pəncərəsini sındırıb və sonra salona “Molotov kokteyli” atıblar.

Qısa müddət sonra hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb

342/