ABNA24 Xəbər Verir, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.
Baş direktorun sözlərinə görə, bu nəticə infeksiyanın idarə oluna biləcəyini göstərir: “Eyni zamanda bu nəticə pandemiyaya qarşı tədbirləri davam etdirməklə infeksiyanın yayılmasının qarşısını almağın mümkünlüyünü göstərir”.
Qebreyesus müvafiq tədbirlərin davam etdirməyi son dərəcə vacib olduğunu diqqətə çatdırıb: “İnfeksiyanın yayılmasının idarə edilməsi həyatımızı xilas etməklə yanaşı, yeni növlərin yaranma şansını azaldır”.
ÜST rəhbəri əlavə edib ki, səhiyyə sektorunda informasiya sistemlərinin gücləndirilməsi də böyük əhəmiyyətə malikdir.
342/