28 yanvar 2021 - 14:12
"Nəcməddin Sadıkov hazırda hərbi xidmətdə deyil"

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb.

ABNA24 Xəbər Verir, Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilən məlumata görə, Nəcməddin Sadıkov hazırda hərbi xidmətdə deyil.

Bildirilib ki, o, ordu sıralarından ehtiyata buraxılıb.

Qeyd edək ki, general-polkovnik N. Sadıkov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah rəisi idi.

Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb. 

342/