19 yanvar 2021 - 15:27
Azərbaycan əsgərləri Qarabağdan Əhli-beyt (ə) aşiqlərinə salamlar göndərdilər – Video

Azərbaycanlı igidlər Allahın “Möhkəm İpi” olan Əhli Beytə (əleyhimus səlam) möhkəm yapışaraq, Şəhadəti hər şeydən özlərinə şirin bildikləri üçün və döyüş meydanlarında “Allahu Əkbər”, “Ləbbeykə Ya Hüseyn” nərələri ilə düşmən üzərinə şığıdıqları üçün Quran Kərimin, Ali İmran sürəsinin 160-cı ayəsinin növbəti bariz nümunəsinə çevrildilər...

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Ermənistan İşğalçı dövlətinin Azərbaycan Respubliasına qarşı başlatdığı ikinci Qarabağ müharibəsinda Azərbaycanın Hüseynçi İgidləri dastanlar yazaraq, erməni işğlçılarını birabırçı məğlubiyyətə məruz qoydular.

Bütün bunlar, Azərbaycan övladlarının Allaha olan təvəkkülü, imanı, dirayət və şücaəti sayəsində oldu.

Azərbaycan igidləri Allah Sübhanəhu Təalanın “Möhkəm İpi” olan Əhli Beytə (əleyhimus səlam) möhkəm yapışaraq, Şəhadəti hər şeydən özlərinə şirin bildikləri üçün və döyüş meydanlarında “Allahu Əkbər”, “Ləbbeykə Ya Hüseyn” nərələri ilə düşmən üzərinə şığıdıqları üçün Quran Kərimin, Ali İmran sürəsinin 160-cı ayəsinin: “Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər?! Ona görə də möminlər (yalnız) Allaha təvəkkül etsinlər!” növbəti bariz nümunəsinə çevrildilər...

Sosial şəbəkələrdə yayılan aşağıdakı videoda da Azərbaycanın Əhli Beyt (əleyhimus səlam) sevər igidləri Qarabağdan Ləbbeykə Ya Hüseyn! şüarları ilə salamlarını çatdırırlar.

Allah Təala Azərbaycan Ordusundakı həzrət Əli (əleyhi səlam) aşiqlərini yerin-göyün bəlalarından hifz etsin. Amin.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəјə İstinad Lazımdır!