ABNA24 Xəbər Verir, İslam İnqilabının Böyük Rəhbəri buyurublar: "İki qonşumuz arasında gedən müharibə acı hadisədir. Tezliklə başa çatmalıdır. Azərbaycanın bütün torpaqları azad edilməlidir. Ermənilərin də təhlükəsizliyi təmin olunmalıdır. Beynəlxalq sərhədlərə təcavüz olunmamalıdır".
"Hərçənd bəziləri inkar edirlər, lakin etibarlı məlumatlara əsasən, bir qrup terrorçu başqa yerlərdən Azərbaycan-Ermənistan müharibəsinə cəlb olunmuşlar. Əgər bunlar İran sərhəddinə yaxınlaşsalar və təhlükə hiss olunarsa, qətiyyən adekvat tədbir görüləcəkdir", - deyə Ali Məqamlı Rəhbər əlavə ediblər.
342/