ABNA24 Xəbər Verir, Kreml dünən axşam bir bəyanatda bildirib ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə bir neçə dəfə telefon danışığından sonra Qarabağda münaqişə tərəflərini əsirlərin və döyüş meydanında qalan cəsədlərin dəyişdirilməsi üçün hərbi əməliyyatları dayandırmağa çağırıb.
Bəyanatda sonra deyilir ki, Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə bu məsələ ilə bağlı müzakirələrin aparılması üçün Azərbaycan Respublikası və Ermənistan xarici işlər nazirləri bu günə Rusiyaya dəvət olunublar.
Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi iyirmi il bundan öncədən Qarabağ münaqişəsinin həlli üçün cəhd etsə də indiyədək heç bir nəticə əldə edə bilməyibdir.
342/