ABNA24 Xəbər Verir, Azərbaycan Respublikasinin Ombudsman Aparatından mediyaya verilən məlumata görə, münaqişə zonasından xeyli kənarda yerləşən Gəncə şəhərinin dinc sakinlərinin ağır artilleriyadan atəşə tutulması insan hüquq və azadlıqlarının, ümumilikdə beynəlxalq hüquq norma və prinsiplərinin, o cümlədən 1949-cu il tarixli Cenevra konvensiyaları və onların əlavə protokollarının, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin kobud surətdə pozulmasıdır.
“Dinc əhaliyə qarşı törədilən bu amansızlıqlar hərbi cinayətdir və buna beynəlxalq səviyyədə hüquqi qiymət verilməlidir”, - deyə qeyd olunub.
Əl-Cəzirə telekanalına görə, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Gəncə şəhərinə Ermənistanın daxilindən hücumu təkzib edib və hücumun Dağlıq Qarabağ bölgəsindən edildiyini əlavə edib.
342/