Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Azərbaycanın ərazi tərkibi olan "Dağlıq Qarabağ" məntəqəsində Azərbaycan ilə Ermənistan silahlı qüvvələri arasında gedən ağır döyüşlərlə bağlı Ümüdünya Əhli Beyt (ə) Assambleyası bəyanat verib.
Bəyanatın tam mətnin saytımızın izləyicilərinə təqdim edirik:
Bismilləhir Rəhmanir Rəhim
Dağlıq Qarabağ nahiyyəsində yenidən müharibə atəşinin alovlanması, mülki Şiə vətəndaşların qanlarının axıdılması olduqca təəssüfləndirici hal və çox ağır dərddir.
Tarix, Azərbaycan Respublikasının Hakimiyyəti və Şiə Xalqı çox gözəl xatırladırlar ki, İran Şiələri ötən on illərdə, xüsusilə də Qarabağ məsələsində qardaşlıq ruhiyyəsi və dini duyğularla Azərbaycanlı qardaşlarının kənarında olublar. Amma son günlər şahid oluruq ki, fitnəkar qüvvələr iki ölkənin Şiələri arasında fitnə salır, əlaqələri korlamağa səy göstərirlər. Belə olan təqdirdə daha ayıq olub, gözəl əlaqələrə daha da diqqət yetirilıməlidir.
Əhli Beyt (əleyhi səlam) sevərlərin müstəqil bir təşkilatı olan, Şiələrin hüquqlarının müdafiəçisi və Müsəlmanların məsləhətlərini nəzərə alan, Ümüdünya Əhli Beyt (ə) Assambleyası, zərər çəkmiş Azərbaycan Respublikasının Şiələrinin dərdinə şərik çıxıb, onlra dəstək verir, Azərbaycanın ərazi bütövlüyünün qorunmasına təkid edərək, müharibəni məhkum edir və İmam Xamenei cənablarının mübarək baxışlarına əsasən "Qarabağ İslam torpaqlarıdır!" ifadəsinə vurğulayır.
Qafqaz məntəqəsinin həssaslığı tələb edir ki, bu məntəqənin sabitsizliyindən faydalanan ölkələrə istəmədən fürsət verilməsin. Radikal qüvvələr və uşaq qatili olan sionist israil rejimi daim səy göstərirlər ki, Müsəlman ölkələrində hüzur tapmaqları ilə, mərkəzi dövləti zəiflətsinlər. Ayıqlıq göstərərək onların hüzur tapmaqlarının qarşısını almaq hər kəsən vəzifəsidir. Beynəlxalq təşkilatlar qəbul etdikəri protokollara əsasən Müsəlman ölkələrinin ərazi bütövlüyünü tanımağda ifa edəcəkləri tarixi rollarında süstlük etməməlidirlər.
Ümüdünya Əhli Beyt (ə) Assambleyası
10.Mehr.1399
1.Oktyabr.2020
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!