13 sentyabr 2020 - 11:38
Kaliforniyada 2 polis zabiti güllələndi

ABŞ-ın Kaliforniya ştatında atışmada zamanı 2 polis zabiti ağır yaralanıb.

ABNA24 Xəbər Verir, ABŞ-ın Los-Anceles dairəsi şerifinin iki müavini hücum nəticəsində çoxsaylı güllə yarası alıb.

Məlumata görə, bu barədə dairə şerifinin ofisi öz "Twitter" səhifəsində bildirib:

"Şerifimizin iki müavinin Kompton şəhərində (Kaliforniya ştatının Los-Anceles dairəsi) güllələnərək yaralandı və yerli xəstəxanaya çatdırılıb".

Bildirilib ki, hər iki müavinin vəziyyəti ağırdır və əməliyyat olunacaqlar.

Patrul avtomobilinə edilən hücumun iştirakçıları hələ müəyyənləşdirilməyib.

342/