ABNA24 Xəbər Verir, bunu Livan Hizbullahının baş katib müavini Şeyx Nəim Qasım söyləyib.
RT telekanalına verdiyi müsahibədə bu məqama toxunan Şeyx Nəim Qasım ABŞ-ın Livana qarşı sanksiyalarını "aşkar təcavüz" adlandırıb.
Hizbullahın baş katib müavini əlavə edib: ABŞ-ın sanksiyaları işğal edilmiş ərazilərinin azad olunmasını istəyən Livan xalqının iradəsinə təsir göstərə bilməz. Livan heç vaxt ABŞ-ın diktə etdiyi siyasətlərə təslim olmayacaq. ABŞ-ın sanksiyaları Livan müqaviməti və müttəfiqlərinin daha qətiyyətli olmasına səbəb olacaq.
ABŞ-ın öz muzdlularına ümidini itirdiyi üçün sanksiya siyasətinə üz tutduğunu deyən Şeyx Nəim Qasım əlavə edib: Onlar bilməlidirlər ki, sanksiyalar Livan xalqının iradəsinə təsir etməyəcək.
Şeyx Nəim Qasım Hizbullahın Suriyadakı iştirakına gəlincə deyib: Hizbullah 2017-ci ilin sonlarından öz qüvvələrini Suriyadan çıxardıb. Çünki, artıq onlara ehtiyac qalmayıb.
342/