ABNA24 Xəbər Verir, Pakistanda musson yağışları sel və daşqınlara səbəb olub. Nəticədə onlarla nəfər həyatını itirib.
Yay fəslinin sonlarına az qalmış başlayan musson yağışları Pakistanda sel və daşqınlara yol açıb. Bu isə ciddi dağıntılar ilə yanaşı onlarla insanın həyatını itirməsi ilə nəticələnib.
Sel suları və daşqınlar yüzlərlə evin uçmasına, şose yollarının dağılmasına səbəb olub.
Aramsız yağan yağışlar Pakistan iqtisadiyyatının paytaxtı sayılan liman şəhəri Karaçidə acınacaqlı duruma səbəb olub.
342/