ABNA24 Xəbər Verir, Sergey Lavrov Amerika rəsmilərinin Rusiya, Çin və İranın ABŞ seçkilərinə müdaxilələri iddiası ilə manipulyasiya etməyə çalışdıqlarını deyib.
Rusiyanın xarici işlər naziri sonra deyib ki, bu oyunlar çoxdandır davam edir və təəccüblü də deyildir.
Qeyd edək ki, Stivn Mnuçin də daxil olmaqla bir qrup demokrat senator Amerikanın maliyyə nazirindən istəyibdir ki, Rusiyanın 2020-ci il Amerika prezident seçkilərinə qarışmaq niyyətinə görə, Moskvaya qarşı sanksiyalar tətbiq etsin.
Amerika prezident seçkiləri cari il noyabr ayının üçündə keçiriləcək.
Amerikalı rəsmilər son həftələr heç bir sənəd və fakt təqdim etmədən Rusiya, Çin və İranın ABŞ seçkilərinə müdaxilələri məsələsini ortaya atıblar.
342/