5 sentyabr 2020 - 11:42
İraq Ordusu İŞİD-ə hava zərbələri endirib

İraq Ordusu Səlahəddin əyalətində İŞİD-in sığınacaqlarına hava zərbələri endirib.

ABNA24 Xəbər Verir, bu barədə ölkə ordusunun Mətbuat Xidməti bəyanat verib.

Bildirilib ki, Səlahəddin əyalətində yerləşən Hamrin dağlarında İŞİD-in istifadə etdiyi mağaralar və tunellər hədəfə alınıb.

Ordunun Hava Qüvvələrinin F-16 hərbi təyyarələrinin aviazərbələri nəticəsində tunellər şəbəkəsi dağıdılıb.

Qeyd edək ki, İŞİD İraqda nəzarətində olan bütün əraziləri 2017-2018 ci illərdə itirib və məxfi sığınacaqlarına çəkilib.

342/