ABNA24 Xəbər Verir, bunu Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 4-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətləri və Şanxay Əməkdaşlığı Təşkilatı üzv dövlətləri Müdafiə Nazirləri Şurasının növbəti iclasında çıxışı zamanı deyib.
Ermənistan tərəfinin Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi genişmiqyaslı təxribatın regional təhlükəsizliyə təhdid yaratdığını qeyd edən Müdafiə naziri eyni zamanda rəsmi Yerevanın Azərbaycanla MDB-yə üzv olan dövlətlər arasında münasibətlərə xələl gətirmək məqsədi güddüyünü də bildirib.
342/