ABNA24 Xəbər Verir, KİV-lərə istinadla xəbər verir ki, Şri-Lankanın paytaxtı Kolombo sahillərində “Nyu Diamond” adlı böyük neft tankerin də partlayış baş verib. Bu tenker Küveyti Hindistanın “Paradip” şəhəri istiqamətində tərk edib.
Tanker Hindistan Milli Neft Şirkətinə məxsus idi və Panama bayrağı altında hərəkət edirdi.
Bu hadisədə 19 nəfərin yaralandığı deyilir.
Şri-Lanka donanmasının mətbuat katibi, tanker ekipajının həyatını xilas etmək üçün hava və dəniz vasitəsilə xilasetmə əməliyyatlarının davam etdiyini söyləyib.
342/