ABNA24 Xəbər Verir, beləliklə də Donald Tramp noyabrın 3-də keçiriləcək ABŞ prezidenti seçkilərində Demokratlar partiyasının namizədi Co Bayden ilə rəqabət aparacaq.
ABŞ-da koronavirusun kəskin yayılması və bu virusdan yüksək ölüm halları, iqtisadi tənəzzül, görünməmiş işsizlik və sistematik irqçilik bu seçkilərdə rəqabəti Tramp üçün çətinləşdirən mövzulardır.
ABŞ-da son aylarda aparılan rəy sorğularının nəticəsi Co Baydenin üstünlüyündən xəbər verir.
Siyasi analitiklər hesab edirlər ki, Trampın koronavirus böhranı qarşısında fəlakətli və yetərsiz fəaliyyəti, eyni zamanda son vaxtlar irqçiliyə qarşı keçirilən etirazlar qarşısında onun qalmaqallı mövqeləri qarşıdakı prezident seçkilərində asanlıqla məğlub olmasına səbəb ola bilər.
342/