24 avqust 2020 - 15:54
Yunanıstanda gəmi partlayıb - Yaralananlar var

Yunanıstanın Krit adasında İraklion limanında “Blue Star Horizon” gəmisi partlayıb.

ABNA24 Xəbər Verir, partlayış gəminin maşın bölməsində qeydə alınıb.

Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Onlardan bir nəfərinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə zamanı gəmidə sərnişin olmayıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

342/