ABNA24 Xəbər Verir, Məhəmməd Baqir Qalibaf haqq ilə batil arasındakı aşkar qarşıdurmanın Qüdsi-Şərifin azad edilməsi yolunda müqavimət mehvərinin daha da güclənməsinə səbəb olacağını deyib..
Məhəmməd Baqir Qalibaf İran İslam Şurası Məclisinin bu günkü plenar iclasında deyib: Bu saziş Fələstin amalına, İslam təlimlərinə və insani dəyərlərə aşkar xəyanətdir.
İran İslam Şurası Məclisinin sədri sonra deyib: Sionist rejimlə dostluq planı cızan kəslər bütün İslam Ümmətinin nəzərində xain, cani və nəhs sionist rejimin hərəkətləri ilə əlbir olacaqlar.
O, söyləyib: Bütün hazırkı xainlərə və bu, insanlığa zidd və nəhs plana ehtimal üzrə qatılmaq niyyətində olan kəslərə xəbərdarlıq edirik ki, sionist rejimlə mübarizə əsla dayanmayacaq və günü-gündən daha artıq qüdrət və agahlıqla İslam Ümməti və şərəfli Fələstin xalqı tərəfindən davam etdiriləcəkdir.
342/