10 avqust 2020 - 11:02
Türkiyə HHQ İraqın şimalında 3 PKK terrorçusunu məhv edib

Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri İraqın şimalında yerləşən Avaşin rayonunda PKK terror təşkilatının mövqesinə zərbələr endiriblər.

ABNA24 Xəbər Verir, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilir.

Məlumata əsasən, hava zərbələri nəticəsində 3 PKK terrorçusu məhv edilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin bildirişində həmçinin, PKK əleyhinə əməliyyatların davam edəcəyi bildirilir: "Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları sonuncu terrorçu məhv edilənə qədər davam edəcək".

342/