ABNA24 Xəbər Verir, Mişel Oun bu gün müxbirlərlə virtual müsahibədə sonra deyib ki, Beyrut partlayışı barədə ədalət tez bir zamanda bərqərar edilməlidir.
Livan prezidenti bildirib ki, məhkəmələr bütün Livan xalqının üzünə açıqdır. O, qeyd edib ki, bütün Livan xalqı baş verən hadisədən hiddətlənib.
Mişel Oun deyib: Beyrut limanındakı partlayış Livanın mühasirəsinin aradan qalxmasına səbəb oldu və tezliklə bərpa prosesi başlanacaq.
Çərşənbə axşamı günü axşamçağı Beyrut limanında yerləşən pirotexniki maddələr anbarlarından birində geniş yanğının baş verməsinin ardınca ammonium nitrat saxlanılarn yaxınlıqdakı anbarlarda güclü partlayış baş verdi.
Livan səhiyyə nazirliyinin bildirdiyinə görə, həmin hadisə nəticəsində indiyədək 150 nəfərdən çox insan ölüb, təqribən beş min nəfər də yaralanıbdır.
342/