ABNA24 Xəbər Verir, TRT telekanalının saytı bildirib ki, bu PKK üzvləri Türkiyənin cənub-şərqində yerləşən Şirnak vilayətinin Silopi şəhərinin yaxınlığındakı sərhəd Habur keçidində özlərini hökumət qüvvələrinə təslim ediblər.
TRT həmçinin iddia edib ki, Türkiyənin təhlükəsizlik qüvvələri 2020-ci ilin əvvəlindən bəri 95 PKK üzvünü silahını yerə qoyaraq, təslim olmağa qane ediblər.
Türkiyədə kürdlər məsələsinin həlli üzrə sülh prosesi 2012-ci ilin dekabrında başlanıb və 2015-ci ilin iyulunda Suruç şəhərində partlayışın baş verməsindən sonra dayanıbdır. Ondan sonra Türkiyə ordusu və PKK bir-birilərinin mövqelərinə qarşı hücumu bərpa ediblər.
PKK Türkiyə hökuməti tərəfindən terrorçu qrup kimi tanınıb və təqdim olunubdur.
342/