6 iyul 2020 - 18:38
Rusiyada helikopterin sərt eniş etməsi nəticəsində bir nəfər həlak olub

Rusiyanın Rostov vilayətində “Mi-2” helikopterinin sərt eniş etməsi nəticəsində bir nəfər həlak olub.

ABNA24 Xəbər Verir, vilayətin Proletar rayonunda düyü əkini sahələrini dərmanlayan helikopter sərt eniş edib. Hadisə nəticəsində göyərtədə olan bir nəfər həlak olub, digəri isə xəsarət alıb.

Qəzaya helikopterin mühərrikində yaranmış nasazlığın səbəb olduğu bildirilir.

342/