Abna24 xəbər verir, Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə araşdırma aparmağa başlayıb. Beynəlxalq Qızıl Xaç Komitəsi isə aidiyyəti qurumlarla əlaqə saxlayır.
Xatırladaq ki, Ermənistan mətbuatı 26 yaşlı Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə məlumat yayıb.
Həmin şəxs Ermənistanın Azərbaycanla həmsərhəd Qeqarkunik vilayətinin Arequni kəndində bu gün səhər tutulub. O, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti baş verənlərlə bağlı hələlik açıqlama yaymayıb.
342/