Abna24 xəbər verir, Amerikanın ordu naziri Rayan Makkarti çərşənbə günü gecə bildirib ki, Mark Esper ordu qüvvələrini küçələrdən çıxarmaq niyyətində deyildir.
Makkarti qeyd edib ki, Amerikanın müdafiə naziri bu qərara Ağ Ev-də keçirilən iclasda iştirakdan və Pentaqondakı daxili məşvərətlərdən sonra gəlibdir.
Amerikanın ordu naziri, Esperin öz sözünü geri götürməsinin səbəbinə işarə etməyib, amma ekspertlərin qənaətincə, Esperin bu qərarı ABŞ hökumətinin təzyiqi və Trampın amerikalı etirazçıları yatırmaq barədəki israrından sonra qəbul edilibdir.
Mark Esper çərşənbə günü Amerika ordusunun etirazçıları yatırmaq üçün küçələrdə iştirak etməsinə qarşı geniş tənqidlərdən sonra bildirmişdi ki, ordu qüvvələri öz bazalarına geri dönəcəklər.
Amerikanın müxtəlif şəhərləri, o sıradan Minnesota ştatındakı Minneapolis şəhəri bu günlər etirazçı xalqın bu ölkə polisinin rasistcəsinə rəftarına qarşı aksiya səhnələridir.
342/