ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 369 nəfərə çatıb.
Onun sözlərinə görə, yoluxanların ümumi sayı 157 814 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 321 nəfər olmaqla 120 015 nəfər təşkil edir.
Son sutka ərzində koronavirusla bağlı 31 492 test aparılıb.