ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın iddiasına gərə, xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının iki lideri məhv edilib.
Əlqüds-Əl-Ərəbi qəzetinin Bildirdiyinə görə, qruplaşmanın liderləri Əhməd İsa İsmayıl əz-Zavi və Əhməd Abd Məhəmməd Həsən əl-Cuqayfi məhv edildiyi əməliyyat mayın 17-si keçirilib.
Qeyd edilir ki, Əhməd İsa İsmayıl əz-Zavi Bağdadın şimalında rəhbərliyin göstərişlərinin qruplaşma üzvləri arasında yayılması, Əhməd Abd Məhəmməd Həsən əl-Cuqayfi isə silahların əldə olunması və daşınması ilə məşğul olublar.