ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraqın kəşfiyyat orqanı bildirib ki, bu həbs dəqiq kəşfiyyat məlumatları əsasında həyata keçirilibdir.
Əbdulnasir Qərdaş Əbubəkr Əlbəğdadinin canişinliyinə namizədlərdən biri idi.
Əlbəğdadi 2019-cu il oktyabrın 26-da ABŞ vertolyotlarının Suriyanın İdlib şəhərində keçirdikləri əməliyyatda öldürülübdür.
Qərdaşın həbs edilməsi xəbəri elə bir halda yayılır ki, Əlhəşduşşəbi qüvvələri mübarək Ramazan ayı başlanandan bəri döyüşlər gedən vilayətlərdə İŞİD-ə qarşı əllidən çox böyük və kiçik əməliyyat keçiriblər. Bu təşkilatın məsul şəxslərinin verdikləri biliyə əsasən, əməliyyatlar terrorçuların geri oturdulmaları və məhv edilmələrinədək davam edəcəkdir.