ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İnsan alveri üzrə milli əlaqələndiricinin hesabatının müzakirəsi zamanı Siyavuş Novruzov bildirib ki, Azərbaycan vətəndaşlarına Avropada qaçqın statusu almaq üçün saxta arayışlar verilməsi ilə Kərimlinin birbaşa əlaqəsi var.
"Almaniya, İtaliya, Fransa polisində bu barədə kifayət qədər sənəd var. Azərbaycan vətəndaşlarının saxta arayışlar vasitəsilə faktiki olaraq Avropaya satılması müəyyən edilib. Hər bir müxalifət partiyasında 150-200 belə insan var. Hesab edirəm ki, milli əlaqələndiricinin hesabatlarında bu məsələlər əksini tapmalıdır", deyə Novruzov bildirib.
Məlumatda vurğulanır ki, o, öz "kəşfinin" mənbəyini açıqlamayıb.