16 may 2020 - 12:23
Türkiyədə HDP-yə üzv dörd bələdiyyə başçısı həbs olunub

Türkiyədə Xalqların Demokratik Partiyası- HDP-yə üzv dörd bələdiyyə başçısı həbs olunub və bu partiyanın tabeliyində olan üç bələdiyyə hökumət nəzarətinə keçibdir.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkiyə daxili işlər nazirliyi bu gün üç nəfəri bu ölkənin cənub-şərqində yerləşən və kürdsakinli şəhərlərdən olan Siirt, Kurtalan və Baykan şəhərlərinə başçı kimi göndərib. Bu üç şəhərin bələdiyyə başçıları və İğdır şəhərinin meri terror işləri barədəki təhqiqat çərçivəsində həbs olunublar. Bu merlərin hamısı Xalqların Demokratik Partiyasındandır.

Bu şəxslər Türkiyə bələdəiyyələrinə keçirilən 2019-cu il 31 mart seçkilərində maksimum səs qazanaraq, öz seçki dairələrində qalib gələ bilmişdilər.