ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,buna səbəb kimi aparatlardakı texniki nasazlıqdan dolayı Rusiyada xəstəxanada yanğın baş verməsi göstərilib.
Federal Fövqəladə İdarəetmə Agentliyinin sözçüsü Canet Montesi Rusiyadakı yanğınlardan sonra aparatların təhlükəsizliyi məsələsində ehtiyatla davrandıqlarını, bu səbəbdən aparatları geri göndərəcəklərini açıqlayıb.
Rusiya tərəfi isə cihazların ABŞ-a göndərilmədən öncə ciddi yoxlanışdan keçirildiyini bildirib.
Qeyd edək ki, ötən həftə Sankt-Peterburq və Moskvadakı iki xəstəxanada süni tənəffüs cihazındakı texniki nasazlıq səbəbindən baş verən yanğınlar zamanı 6 xəstə ölüb.