13 may 2020 - 11:46
Azərbaycanda koronavirus aşkarlanmış 33 məhkum karantinə yerləşdirilib

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi penitensiar müəssisələrdə COVID-19 Test nəticələri 33 məhkumda müsbət çıxıb.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi bildirib ki,penitensiar müəssisələrdə, o cümlədən 13 saylı cəzaçəkmə müəssisəsində məhkumlar və əməkdaşlar arasında COVID-19 müayinələri aparılıb. Test nəticələri 33 məhkumda müsbət çıxdığından, onlar dərhal izolyasiya olunaraq xüsusi karantinə yerləşdirilib. 

Məlumlatda virusa yoluxan məhbuslar üçün  müvafiq müalicə tədbirlərinin görüldüyü deyilir, xəstələrin müalicəsi üçün bütün zəruri tibbi avadanlıq və dərman təminatının mövcud olduğu bildirilir.