7 may 2020 - 11:55
Çin ABŞ-ın iddiasını cavablandırıb

Çin xarici işlər nazirliyinin sözçüsü Amerikanın koronavirusun Çinin Uhan şəhərindəki bir laboratoriyadan yayılmasına dair iddiasını rədd edib. Bildirib ki, Vaşinqton özünün mikrob laboratoriyaları barədə susur.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, ABŞ-ın dövlət katibi Mayk Pompeonun özünün bu yalan ifadəsi üçün heç bir sənəd və fakta malik olmadığını deyən Hua Tszunin dünən gecə verdiyi mətbuat konfransında vurğulayıb: Amerika SSRİ-dən ayrılmış ölkələrdə mikrob laboratoriyaları yaradıb, amma bu laboratoriyaların təhlükəsizliyi və ondan istifadə tərzi barədə susubdur.

Çin xarici işlər nazirliyinin sözçüsü sonra deyib: Vaşinqton Koreya və Vyetnam savaşlarında mikrob silahlarından istifadə edibdir.

Hua Tszunin bildirib ki, Amerika təhdid və zorakılılqla öz müttəfiqlərini Çinlə qarşıdurmaya vadar edir. Qeyd edib ki, amerikalı siyasətçilər bütün məsuliyyətləri Çinə tərəf yönəltmək istəyirlər.

ABŞ-ın dövlət katibi Mayk Pompeo özünün son müsahibəsində Çini koronavirus barədə gizliliyə görə tənqid və iddia edibdir ki, bu virus Çinin mərkəzində yerləşən Uhan şəhərindəki bir laboratoriyadan kənara yayılıbdır.

Koronavirusla təsirli mübarizədə bacarıqsızlıqda ittiham olunan ABŞ prezidenti Donald Trampın hökuməti bu məsələdə Çini müqəssir kimi göstərməyə səy edir. O, dəfələrlə bu virusu «Çin virusu» adlandırmaqla Pekinin hiddətinə səbəb olubdur.

Mikrob silahları insan nəsli üçün hər bir digər silahdan daha ölümcül və daha təhlükəlidir.

Bioloji silahlar konvensiyası bu silahları işlədilməsi və ehtiyat edilməsini qadağan edibdir.

342/