ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.
Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayına görə, sınaq şüşələri çatışmazlığı ilə üzləşibdir.
Amerikada koronavirus pandemiyasının böyük sürətə malik olması nəticəsində ABŞ tarixində ilk dəfə olaraq, bu ölkənin bütün əlli ştatı fövqəladə vəziyyətdədir.
Amerika hökuməti, şəxsən bu ölkənin prezidenti Donald Tramp Amerikada koronavirusun yayılması qarşısındakı məsuliyyətsizliklərinə görə, kəskin tənqid atəşinə tutulublar.
Amerika xəstəxanaları cəmiyyəti martın 8-də bildirdi ki, ehtimal üzrə 96 milyon amerikalı bu virusa yoluxacaqdır ki, onlardan 480 min nəfər həyatını itirəcəkdir.