ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün müxbirlərlə müsahibədə ölkədə koronavirusa yoluxanların son sayı ilə bağlı ötən sutka ərzində min altı yeni yoluxmuş xəstənin aşkar edildiyini bildirib. Qeyd edib ki, indiyədək qəti diaqnoz meyarlarına əsasən, İranda 95 min 646 nəfər COVID-19-a yoluxub.
Cəhanpour həmçinin ötən sutka ərzində 63 nəfərin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 6 min 91 nəfərə çatıbdır.
Dünyada da koronavirusa yoluxanların sayı 3 milyon 320 min nəfəri ötüb keçibdir. Onlardan azı 243 min nəfər həyatını itirib, bir milyon nəfərdən çox insan da sağalıb və xəstəxanalardan buraxılıbdır.
342/