ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İranın müdafiə naziri briqada general Əmir Hatəmi bu gün Tehranda «Kərrar» və «Əbabil-3» pilotsuzları və çoxməqsədli reaktiv təyyarənin İran İslam Respublikası Ordusuna təhvil verilməsi mərasimində deyib: İranın startap şirkətləri, universitetləri və müdafiə sənayesinin bacarıqlarından istifadə ilə hazırlanmış bu məhsullar diqqətəlayiq özəlliklərə malikdirlər.
General Hatəmi bildirib ki, bu pilotsuzlar kəşfiyyat təyyarələri kimi nəzərəçarpacaq məsafədən düşmənlərin İran İslam Respublikası sərhədlərinin ətrafındakı hərəkətlərini izləyə bilərlər.
O, deyib: Bu pilotsuzlar müxtəlif bomba və raketlərlə təchiz olunmalarına görə, qüvvələrin döyüş tapşırıqlarında da istifadə oluna bilərlər.
İranın müdafiə naziri həmçinin bu pilotsuzların böyük yüksəkliklərdə uçmaq qabiliyyətlərinə işarə edib. Bildirib ki, bu pilotsuz uçan aparatlar 40-45 fut yüksəkliklərdə uça və 1500 kilometr radiusa qədər tapşırıq yerinə yetirə bilərlər.
..............
340