20 mart 2020 - 12:36
İnqilab Rəhbəri 1399-cu ili "istehsalın sıçrayışı" ili adlandırdılar

İslam İnqilabının Böyük Rəhbəri 1399-cu ili "istehsalın sıçrayışı" ili adlandırıb və vurğulayıblar ki, istehsalın sıçrayışı xalqın yaşayışında duyulacaq dəyişiklik yaratmalıdır.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Həzrət Ayətullahuluzma Xamenei 1399-cu günəş ili münasibətilə etdikləri müraciətdə ilin birinci gününün Həzrət Musa ibn Cəfər(ə)-ın şəhadətinin ildönümü gününə təsadüf etməsinə toxunaraq, o həzrətin müqəddəs məqamına salam göndərib və səadətli Məbəs bayramı və təravətlə dolu Novruz bayramı münasibətilə bütün xalqı, xüsusən möhtərəm şəhid və müharibə əlillərinin ailələrini, sağlamlıq sahəsi üzrə cihadçıları və bütün zəhmətkeş xadimləri təbrik edərək, yeni ili "istehsalın sıçrayışı" ili adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri 1398-ci günəş ilində şəhid olanların, o sıradan möhtrəm şəhid general Qasem Soleymani, şəhid Əbuməhdi Əlmuhəndis və onlarla yanaşı olanlar başda olmaqla hərəm və sərhəd müdafiəsi şəhidləri, həmçinin Kerman hadisəsi və təyyarə qəzası şəhidləri və sağlamlıq şəhidlərinin ailələrinə başsağlığı verib, 98-ci ili İran xalqı üçün təlatümlə dolu bir il adlandırıb və belə qeyd ediblər: Ötən il sel ilə başlayıb, koronavirusla bitdi və il boyu da zəlzələ və sanksiyalar kimi müxtəlif hadisələr baş verdi, amma bu hadisələrin kulminasiya nöqtəsi, Amerikanın terror cinayəti və İran və İslamın məşhur sərkərdəsi- general Soleymaninin şəhadəti idi.

O həzrət 98-ci ilin sınaqlarını çətin sınaqlar adlandırıb və heç bir xalqın açıq-aşkar rahatlıq və rifah ardınca olmaqla bir yerə çatmadığını vurğulayaraq, söyləyiblər: Çətinliklərə qalib gəlmək və yüksək əhval-ruhiyyə ilə onlardan keçmək, bir xalqın qüdrətli olmasına səbəb olaraq, güc və etibarın əldə olunması deməkdir, elə İran xalqı indiyədək bu formada problemlərə üstün gəlib və bundan sonra da gələcəkdir.

İslam İnqilabının Böyük Rəhbəri sonra deyiblər: İrana qarşı sanksiyaların indiyə kimi zərərləri ilə yanaşı, mənfəətləri də olub və bizi məcbur edibdir ki, daxili imkanlar yolu ilə ölkənin ehtiyacları və yaşayış ləvazimatlarının əldə olunması fikrində olmuş olaq və bu olduqca böyük hərəkət inşaallah davam edəcəkdir.

Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Ötən il çətin bir il idi və xalqın problemləri də az deyildi, amma çətinliklərin kənarında, bəzən misilsiz başıucalıqlar mövcud oldu və İran xalqı doğrudan da özünü yaxşı büruzə verdi.

O həzrət öz çıxışlarını ölkənin istehsala olan qəti ehtiyacı barədə yekunlaşdıraraq, 1399-cu ili "istehsalın sıçrayışı" ili adlandırdılar və məsul şəxslərə xitabən vurğuladılar: Elə hərəkət edin ki, istehsalın sıçrayışı ilə xalqın yaşayışında duyulacaq dəyişiklik yaranmış olsun.

............
340