ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, CNN həmçinin bildirib ki, hazırda bütün Amerikada bu virusa yoluxanların sayı 5130 nəfəri ötüb keçibdir.
Amerika prezidenti Donald Tramp koronavirusun yayılmasının ardınca cümə günü bu ölkədə fövqəladə vəziyyət elan etdi.
Hazırda ABŞ-ın 50 ştatından 49-u koronavirusla əlbəyaxadır.
Amerika xəstəxanalar cəmiyyəti ötən həftənin bazar günü bir məlumatda bildirdi ki, ehtimal üzrə 96 milyon amerikalı bu virusa yoluxacaq və 480 min amerikalı da həyatını itirəcəkdir.
Amerikada Donald Tramp hökumətinin koronavirus pandemiyası qarşısındakı fəaliyyəti ilə bağlı nigarançılıqlar yüksəlib və hətta bu ölkənin bir neçə ştatında fövqəladə vəziyyət elan edilibdir.
Trutos amerikan saytı son zamanlar bu ölkədə 28 milyon nəfərin slğorta xidmətlərindən istifadə etmədiyini bildirdi və bu ölkədə koronavirus pandemiyasını bir faciə adlandırdı.
Koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Hubey əyalətinin Uhan şəhərində aşkar edilib.
Bu virus hazırda Çinin 30 əyalətindən əlavə, 120-dən çox ölkəyə, o sıradan ABŞ, İngiltərə, Avstraliya, Tailand, Cənubi Koreya, Yaponiya, Kanada, Fransa, İtaliya, Ərəbistan və BƏƏ-yə sirayət edibdir.
Son məlumatlara görə, indiyədək dünyada azı 185 min nəfər bu virusa yoluxub. Bu miqdardan təqribən 80 min nəfər sağalıb, azı 7500 nəfər isə vəfat edibdir.
............
340