ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Son vaxtlar koronavirus pandemiyasını lağa qoyan ABŞ prezidentinə məxsus Mar-a-Laqo istirahət imarəti çoxlu sayda koronaviruslu xəstənin ora gəlməsinə görə, bağlanıbdır.
Məsul şəxslər deyirlər ki, bu iqamətgah bazar ertəsi günündən üç gün müddətinə bağlı qalacaqdır ki, tam şəkildə dezinfeksiya edilmiş olsun.
Son günlər Mar-a-Laqo-ya getmiş şəxslərin bir qrupu, o sıradan Braziliya prezidenti Jair Bolsonaru bildiribdir ki, koronavirusa yoluxubdur.
İnformasiya mənbələri xəbər veriblər ki, Trampla görüşənlərdən biri olan Braziliyanın rabitə naziri Fabio Vacnaqarten COVID-19-a yoluxubdur.
Bundan əlavə, Vaşinqton Post qəzetinin yazdığına görə, Mar-a-Laqoda Trampın qonaqlarından digər birisi də koronavirusa yoluxubdur.
Amerika hökuməti və şəxsən, prezident Donald Tramp bu ölkədə koronavirus pandemiyası qarşısındakı məsuliyyətsizliyinə görə, kəskin tənqid atəşinə tutulubdur.
Amerikanın 50 ştatından 49-u koronavirusa məruz qalıb. İndiyədək bu ölkədə 70 nəfər həmin xəstəliyə yoluxma nəticəsində həyatını itirib.
............
340