ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Indiyədək 971 amerikalı koronavirusa yoluxub.
Hazırda Amerikanın 35 ştatı bu virusa məruz qalıb.
Amerika xəstəxanalar cəmiyyəti bir məlumatda bildirib ki, ehtimal üzrə 96 milyon amerikalı bu virusa yoluxacaqdır ki, bu miqdardan 480 min nəfər həyatını itirəcəkdir.
Amerikada bu ölkə prezidenti Donald Trampın hökumətinin koronavirus epidemiyası qarşısındakı fəaliyyəti barədəki nigarançılıqlar yüksəlib və hətta bu ölkənin bir neçə ştatı həmin epidemiya təhlükəsinə görə, fövqəladə vəziyyət elan edibdir.
Amerikada Trusot saytı bu ölkədə 28 milyon nəfərin sığorta xidmətlərindən məhrum olduğunu bildirərək, həmin ölkədə koronavirusun yayılmasını bir faciə adlandırıbdır.
............
340