ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Məhəmməd Cavad Zərif bu gün bildirib ki, Astana prosesinin növbəti sammiti Tehranda keçiriləcək. O, deyib ki, Astana prosesi uğurlu müzakirələrdir və bu iclas tez bir zamanda ən yüksək səviyyədə keçirilməlidir.
İranın xarici işlər naziri həmçinin Rusiyanın xarici işlər naziri ilə telefon söhbətində onunla son region olayları, cari şərait və Astana prosesi barədə məşvərət edib.
Astana müzakirələri İran İslam Respublikasının təşəbbüsü, həmçinin Rusiya və Türkiyənin həmkarlıqları ilə 2017-ci ilin yanvarından Suriyada sülhün bərqərarı məqsədilə başlanıb.
İran, Türkiyə və Rusiya Astana prosesinin zaminləri kimi Suriya böhranının həllinə çalışırlar.
Suriyada böhran region parametrlərini sionist rejimin xeyrinə dəyişmək üçün Ərəbistanın, ABŞ-ın və müttəfiqlərinin himayə etdikləri terror qruplarının geniş hücumu ilə 2011-ci ildən başlanıb.
............
340