ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İtaliya hökuməti həmçinin bildirib ki, indiyədək bu ölkədə 1577 nəfər koronavirusa yoluxub ki, onlardan 83 nəfər sağalıbdır.
İtaliya rəsmiləri bundan öncə bu ölkədə koronavirus tələfatını 21 nəfər elan etmişdi.
Koronavirus sürələ İtaliyada yayılmaqdadır.
İtaliya hazırda Avropa ölkələri arasında koronovirusla bağlı ən çox yoluxma və tələfat miqdarına malikdir. İtaliya rəsmiləri bu ölkənin şimalında bir neçə şəhər və bölgəni karantinə alıbdır.
Hazırda İtaliyanın şimalında məktəb, universiter, muzey və kino-teatrlar bağlıdır.
Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində peyda olub və hazırda bu ölkənin 30 əyalətindən əlavə, azı 60 ölkəyə sirayət edib. Bu ölkələrə ABŞ, İngiltərə, Avstraliya, Cənubi Koreya, Tailand, Yaponiya, Kanada, Fransa, İtaliya, Ərəbistan və BƏƏ-ni misal çəkmək olar.
Son statistikalara görə, dünyada azı 85 min nəfər bu virusa yoluxub. Onların təqribən 39000 nəfəri sağalıb və xəstəxanlardan buraxılıbdır. Təqribən 2900 nəfər isə həyatını itiribdir.
............
340