ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Suriya ordusu dünən İdlib vilayətinin cənubundakı irəliləyişlərinin davamında Kərsəa, Əlməlaca və Fəttirəh kəndlərini terrorçuların işğalından azad etməyə müvəffəq olubdur.
Suriya ordusu bundan qabaqkı günlərdə də İdlib vilayətinin cənubunda bir neçə kəndi və bölgəni azad edə bilmişdi.
İdlib vilayəti terrorçuların Suriyadakı sonuncu bazasıdır.
Suriyada böhran 2011-ci ildən Ərəbistanın, Amerikanın və müttəfiqlərinin himayə etdikləri terror qruplarının geniş hücumları ilə başlandı. Məqsəd, region parametrlərini sionist rejimin xeyrinə dəyişmək olubdur.
Suriya ordusu son zamanlar İran İslam Respublikasının hərbi məsləhətləri və Rusiyanın himayəsilə İŞİD terror qrupunun bu ölkədəki işini bitirə bildi.
Digər terror qrupları da məğlub olmaqdadırlar.
.............
340