25 fevral 2020 - 09:25
Pakistanda bir neçə şiənin itkin düşməsinə qarşı etiraz

Pakistanın Send vilayətində yüzlərlə adam Kəraçi şəhərində bir neçə şiənin itkin düşməsinə qarşı etiraz aksiyası keçirib.

ABNA- Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, aksiyaçılar hökumətdən və təhlükəsizlik aparatlarından şiələrin itkin düşməsi mövzusunu məhkəmə vasitəsi ilə diqqətdə saxlamalarını tələb ediblər.

Etirazçılar bildiriblər ki, itkin düşənlərin azad edilməsinədək öz aksiyalarını davam etdirəcəklər.

Eyni xamada Pakistanın itkinlər üzrə araşdırma komissiyası bildirib ki, 2019-cu ildə bu ölkənin müxtəlif bölgələrində 5 mindən çox insan oğurlanıb.

............
340