Əhli Beyt (əleyhimus səlam) Xəbər Agentliyi- ABNA-nın verdiyi məlumatına görə, 3 Yanvar 2020 tarixdə, Bağdad vaxtı ilə 01:30 radələrində cinayətkar Amerika Birləşmiş Ştatlarının hava qüvvələrinə aid pilotsuz uçan aparatları Bağdad Hava Limanı yaxınlığında hərəkət edən diplomatik maşın heyətinə qarşı namərdcəsinə həyata keçirilən əməliyyatda İran İslam Respublikasının Sepah Qüvvələrinin Qüds Qanadının komandiri Sərdar Hac Qasım Süleymani, İraq Həşdu Şəbi Könüllü Qüvvələrinin müavini Sərdar Hac Əbu Məhdi əl Mühəndisi və onları müşayiət edən Sepah və Həşdu Şəbi qüvvələrinə aid 8 nəfəri raket zərbələri endirərək həlak etmişdir.
Terror hadisəsindən bir neçə saat sonra Amerika Birləşmiş Ştatlarının əxlaqsız prezidenti D. Tramp namərdcəsinə həyata keçirilən terror aktının məsuliyyətini öz öhdəsinə götürərək demişdir: "Ötə gecə mənim birbaşa verdiyim fərmana əsasən ABŞ Silahlı Qüvvələri dəqiq və qüsursuz bir əməliyyat həyata keçirmişlər. Nəticədə dünyanın bir nömrəli terrorçusu (admin: !) Qasım Süleymani qətlə yetirilmişdir."
Yuxarıda müşahidə etdiyiniz videoda Şəhid Hac Qasım Süleymani və Hac Əbu Məhdi əl Mühəndisinin dəfn mərasiminin görüntüləridir. Bu görüntülər İraq və İran İslam Respublikasının mühüm şəhərlərində şəhidlər ilə vidalaşma mərasiminə aiddir. Milyonlarla insan axını dünya rekordunu qıraraq yeni bir tarix yazmışdır. Qurani Kərimin təbiri ilə desək Əyyamullah yaratmışlar...
İndi dünyanın paktinətli insanları özləri qəzavət etsinlər: Gösrəsən bir terrorçunun dəfn mərasimidirmi?!
Diqqət! Xəbərdən İstifadə etdikdə mənbəyə istinad lazımdır.